Yetimi ömürlük cəzalandırdılar

Yetimi ömürlük cəzalandırdılar backend

Türkiyənin Peşəkar Futbol İntizam Komitəsi (PFDK) II Liqada çıxış edən “Şanlıurfaspor” klubunun prezidenti Emin Yetimi ömürlük cəzalandırıb.

Qol.az-ın xəbərinə görə, buna səbəb onun komandanın futbolçusu Mertcan Çamı döyməsidir.

PFDK bu davranışına görə Emin Yetimə 3 il 2 aylıq cəza və 180 min lirə cərimə kəsib. Cəzanın müddəti 3 ildən çox olduğu üçün klub prezidenti futboldan ömürlük uzaqlaşdırılıb.

Qeyd edək ki, Mertcan Çam dekabrın 6-da klubdan maaşını tələb etdiyi üçün yaranan mübahisə zamanı Emin Yetim və bəzi klub rəsmiləri tərəfindən döyülüb.
Diaspora