Milli komandamızın baş məşqçisi Qurban Qurbanovun AFFA İcraiyyə Komitəsinin üzvlüyündən istefası qəbul olunmayıb.
Bu barədə Qol.az-a açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib. Onun sözlərinə görə, Q. Qurbanovun məsələsinə İK-in mart ayında keçirilməsi gözlənilən konfransında yenidən baxılacaq:“Qurban Qurbanov İcraiyyə Komitəsindəki işini davam etdirəcək. İstefa məsələsinə İK-in növbəti ildəki iclasında yenidən baxılacaq”.
İK üzvləri Q.Qurbanovun komitədə davam etdirməsinin uyöun sayıblar.