197 avarçəkən yarışacaq

197 avarçəkən yarışacaq backend

Cavid Əfəndiyev Dünya Kubokunun I mərhələsində mübarizəyə başlayır Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, mayın 9-da Sloveniyanın Bled şəhərində akademik avarçəkmə üzrə Dünya Kubokunun I mərhələsi start götürəcək. İki gün davam edəcək yarışda Azərbaycanı Cavid Əfəndiyev təmsil edəcək.

O, məşqçi Samir Məmmədovun rəhbərliyi altında mübarizə aparacaq. 25 yaşlı idmançı 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Bu qayıq tipində ümumilikdə 18 avarçəkən yer alacaq.

Seçmə mərhələdə təmsilçimizin rəqibləri Sloveniya, Slovakiya, Çexiya və Bolqarıstan idmançıları olacaq. Sabah Bakı vaxtı ilə saat 12:55-də startı veriləcək yürüşdə ilk 4 pilləni tutanlar yarımfinala yüksələcəklər.

Qeyd edək ki, Dünya Kubokunda ümumilikdə 34 ölkədən 197 avarçəkən yarışacaq.

Diaspora