Qış toplanışını Antalyada keçirəcək “Qarabağ”ın yoxlama oyunlarındakı rəqiblərindən biri müəyyənləşib.
A24.az-ın məlumatına görə, Ağdam təmsilçisi Polşanın “Legiya” klubu ilə qüvvəsini sınayacaq. Bu barədə Qdansk klubunun rəsmi saytı xəbər yayıb.“Legiya” Antalya toplanışı çərçivəsində 3 rəqiblə qarşılaşacaq ki, onlardan biri “Qarabağ”dır. Matçın yanvarın 20-də keçiriləcəyi qeyd olunub.
Qeyd edək ki, Qurban Qurbanovun komandası yanvarın 9-da Türkiyəyə yollanacaq. “Qarabağ”ın qardaş ölkədə 5 və ya 6 yoxlama oyunu keçirməsi gözlənilir.