"Mançester Siti" və İngiltərə millisinin yarımmüdafiəçisi Rahim Sterlinq hücuma və irqçi təhqirlərə məruz qalıb.
Publika.az xəbər verir ki, Premyer Liqanın 18-ci turu çərçivəsində "Tottenhem"lə oyun öncəsi məşq bazasına gələn Strelinq ünvanına təhqiramiz sözlər eşidib. O, maşından düşərək məsələni aydınlaşdırmaq istəyərkən onun ayağına zərbə endirilib.Klub hadisə ilə əlaqədar polisə müraciət edib.