"Borussiya"nın (Dortmund) futbolçusu Nuri Şahin üçün mövsüm erkən başa çatıb.
Qol.Az-ın "Kicker"ə istinadən verdiyi məlumata görə, türkiyəli futbolçu zədə səbəbindən mövsümün qalan bölümündə oynaya bilməyəcək.Qasıq nahiyyəsində problem olan 26 yaşlı futbolçu mayın 30-da keçiriləcək Almaniya kubokunun finalında da iştirak etməyəcək.
Qeyd edək ki, Nuri Şahin fevralın 28-də keçirilən "Şalke" ilə görüşdə zədələnib.