Beyl qərarını verdi

Beyl qərarını verdi backend

Mövsümün sonunda "Real"dan gedəcəyi gözlənilən Qaret Beyl qərarını verib.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, uelsli futbolçu ən azı bir mövsüm daha "Real"da qalacağını açıqlayıb.

"Mançester Yunayted" 25 yaşlı futbolçunun transferi üçün 100 milyon avrosundan keçməyə hazırdır. Lakin Beyl "Mançster Yunayted"in formasını geyinmək istəmədiyini deyib.

"Real"ın prezidenti Florentino Perez də daha öncə verdiyi açıqlamasında Beyl üçün gələcək təklifləri dəyərləndirməyəcəklərini bildirib.

Qeyd edək ki, cari mövsüm "Real"ın heyətində 45 oyuna çıxan Beyl 17 qol vurub və 11 məhsuldar ötürmə verib.
Diaspora