Azərbaycan-Moldova oyunu baş tutmayacaq

Azərbaycan-Moldova oyunu baş tutmayacaq backend

Azərbaycan millisinin Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında qarşılaşa biləcəyi potensial rəqiblərin sayı 2-yə enib. Apasport.az saytının məlumatına görə, buna Moldova ilə görüşün baş tutmasının mümkünsüzlüyü səbəb olub.

Belə ki, İordaniya, Yəmən və Moldova ilə danışıqlar aparan AFFA sonuncularla anlaşa bilməyib. Moldovalı həmkarlarımız tərəflərin yoxlama oyununun tarixi ilə bağlı razılıq əldə edə bilmədiyini iddia edir.
Moldova Futbol Federasiyasının vitse-prezidenti, Bakının “İnter” klubunun sabiq futbolçusu İon Testimitsianunun da təsdiqlədiyi xəbərə əsasən, AFFA oyunun fevralın 24-də, moldovalılar isə 22-də keçirilməsini istəyib. Məsələ ondadı ki, fevralın 14-də Rumıniya, 18-də Qazaxıstanla qarşılaşacaq moldovalılar toplanışı daha tez başa vurmaq üçün yığmamızla 22-də oynamağı lazım bilib. Lakin tərəflər ortaq məxrəcə gələ bilmədiyindən Azərbaycan – Moldova matçı baş tutmayacaq. Testimitsianunun təmsil etdiyi qurum oyundan imtina ilə bağlı AFFA-ya rəsmi məktub da göndərib.

Qeyd edək ki, millimiz fevralın 20-dən 26-dək Antalyada hazırlıq keçəcək. Moldovanın imtinasından sonra isə Robert Prosineçkinin yetirmələrinin qarşılaşa biləcəyi iki komanda qalıb. Bunlar Asiya təmsilçiləri İordaniya və Yəmən idi.
Diaspora