Azərbaycanda iki futbolçu ilə bağlı AFFA-dan şok qərar

Azərbaycanda iki futbolçu ilə bağlı AFFA-dan şok qərar backend

Bu gün AFFA İntizam Komitəsinin xüsusi iclası keçirilib.

Qol.az-ın məlumatına görə, iclasda "Keşlı" klubundan uzaqlaşdırılan Nizami Hacıyev və Mirhüseyn Seyidovla bağlı məsələyə baxılıb.

AFFA-nın rəsmi saytı bildirir ki, İntizam Komitəsinin qərarında deyilir:

"İclasda "Keşlə” Peşəkar Futbol Klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə “Keşlə” Peşəkar Futbol Klubunun futbolçuları - Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilsin. Oyunların idman nəticəsinin manipulyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər futbolçular barədə araşdırma davam etdiriləcək.

Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilərlər".
Diaspora