Luis Enrike: “Finaldan danışmaq tezdir“

Luis Enrike: “Finaldan danışmaq tezdir“ backend

"Ağır oyun oldu, ancaq bu, gözlənilən idi. Hər iki komanda sona qədər təzyiq etdi. Qol imkanlarımız çox olsa da, son 15 dəqiqədə vurduğumuz üç qolla istəyimizə çatdıq".

Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrike Çempionlar Liqasının yarımfinalında "Bavariya"ya 3:0 hesabı ilə qalib gəldikləri ilk matçdan sonra deyib.

İspaniyalı mütəxəssis matçın qəhrəmanı Lionel Messi haqda da fikir bildirib: "Əlbətdə, Messi üçün belə oyunlar asandır. Biz bunu hər dəfə görürük. Digər futbolçularımız da qələbə üçün hər şey etdilər. Messi isə bizə qələbə qazandırdı".

Rəqibi hərtərəfli üstələdiklərini deyən L. Enrike hələlik mərhələnin taleyinin həll olunmadığınə qeyd edib: "Mən Riyaziyyatı yaxşı oxumamışam. Ona görə də oyunda olan faiz nisbəti ilə maraqlanmıram. Onu deyə bilərəm ki, "Bavariya"nı sona qədər təzyiq altında saxladıq. Deməzdim ki, biz artıq finala yüksəlmişik. Növbəti oyunda istənilən nəticə qeydə alına bilər".

Diaspora