“Bavariya”nı “yıxan” Messi danışdı

“Bavariya”nı “yıxan” Messi danışdı backend

“Yaxşı haldır ki, əvvəl hesab açdıq, sonra isə daha iki qol vurub istəyimiz qələbəni qazandıq. Amma indi arxayınlaşmaq olmaz. Çünki Almaniyada oynamaq çətindir”.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri “Barselona”nın hücumçusu Lionel Messi Çempionlar Liqasının 1/2 final mərhələsinin ilk matçında “Bavariya”ya 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra bildirib.

L.Messi bu matçda dubl edib və üçüncü qolun ötürməsini verib.

“Hə, ikinci qol gözəl alındı. Bildim ki, Boatenq üstəmə gəlir, onu aldada bildim”.

Argentinalı hücumçu bu qələbə ilə Almaniya millisinin qapıçısı Manuel Noyerdən revanş alması haqda fikirlərə də münasibət bildirib: “Dünya çempionatı və Çempionlar liqası fərqli yarışlardır”.
Diaspora