Oyunqabağı “Qarabağ”ın rəqibinə ŞOK

Oyunqabağı “Qarabağ”ın rəqibinə ŞOK backend

Çempionlar Liqası qrup mərhələsinin son oyununda “Qarabağ”la qarşılaşacaq İtaliyanın “Roma” klubu itki ilə üzləşib.

Publika.az xəbər verir ki, komandanın hücumçusu Qreqori Defrel zədələnib.
O, A Seriyası çərçivəsində “Genoa” ilə görüşdə ağır zədə alıb. 26 yaşlı oyunçununun hansı müddətə sağalacağı məlum deyil. Onun təmsilçimizlə görüşə qədər hazır olub-olmayacağı isə dəqiq bilinmir.

Qeyd edək ki, “Roma” - “Qarabağ” matçı dekabrın 5-də Bakı vaxtı ilə 23:45-də Romanın “Olimpiko” stadionunda baş tutacaq.
Diaspora