Noyabr ayının 23-də Bakıda baş tutan “Qarabağ”- “Çelsi” oyununda “Qarabağ” komandasının məğlubiyyətində günahkar olaraq bilinən potuqaliyalı hakim Manuel de Souzanın qərarları idman cameəsi tərəfindən kəskin nifrət və tənqidlə qarşılandı.
A24.az xəbər verir ki, onun ünvanına deyilənlər ölkə mediasında və eləcə də bir sıra xarici mediada işıqlandırıldı.Hər kəsin özünənəməxsus şəkildə münasibət bildirdiyi bu oyuna “Qarabağ” komandasının qapıçısı İbrahim Şehiç sosial şəbəkədəki paylaşımı ilə münasibətini bildirib.
A24.az həmin görüntünü sizə təqdim edir:
Qeyd edək ki, Manuel Xorxe Neves Moreyra de Souza “Qarabağ”- “Çelsi” oyununun 19-cu dəqiqəsində Rəşad Sadıqova qırmızı vərəqə göstərərək, komandamızı azlıqda qoyub və təmsilçimizin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Bu da bütün azarkeşlərdə qıcıq yaradıb.