"Oyunun əvvəllərində rəqibə az qala fərqlənmək imkanı verdik. Bundan sonra yaxşı oynadıq. Əgər həmin epizodda rəqib qol vursaydı, bəlkə də hər şey fərqli olacaqdı. Daha çox qol vurmalı idik".
Qol.az-ın məlumatına görə, bu sözləri "Çelsi"nin futbolçusu Eden Hazard Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra "BT Sport 2"yə deyib.Belçikalı yarımmüdafiəçi bildirib ki, bu cür yaxşı futbolçularla oynamaq asandır: " Şənbə günü "Liverpul"la böyük oyunumuz var. Buna görə kiçik istirahət etməliyik. Qarşıdakı oyuna hazırıq".