Qırmızı kartla böyük əfsanə Rəşadın karyerası bitdi: Portuqal hakim üçün 10 milyonluq söyüş lüğəti

Qırmızı kartla böyük əfsanə Rəşadın karyerası bitdi: Portuqal hakim üçün 10 milyonluq söyüş lüğəti backend

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov meydandan qovulub.

Qol.az-ın məlumatına görə, 35 yaşlı müdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Çelsi” ilə matçın 19-cu dəqiqəsində birbaşa qırmızı vərəqə alıb.

Bundan başqa, görüşün baş hakimi Manuel De Souza Ağdam klubunun qapısına penalti təyin edib. E.Hazard isə penaltini dəqiq yerinı yetirib.

Epizodun təkrarında isə aydın görünüb ki, Rəşad Villiana toxunmayıb, Villian özünü yerə atır.

Qeyd edək ki, 35 yaşlı müdafiəçi avrokuboklarda 90-cı matçını keçirib. Yubileyində meydandan qovulan R. Sadıqov bununla da Çempionlar Liqasının qrupunu başa vurub.

Xatırladaq ki, “Qarabağ”ın “Atletiko” ilə Bakıda oynadığı matça da hakim səhvi damğa vurmuşdu. Fransız hakim Ruddi Bukenin səhv qərarına görə “Qarabağ” iki xal itirmişdi.

A24.az
Diaspora