Mayın 24-də Azərbaycanın veteranlardan ibarət yığma komandası ilə Vladiqafqaz "Alaniya"sının veteranları arasında Nazim Süleymanovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, Rusiyaya aşağıdakı veteranlarımız yollanacaq: Nazim Süleymanov, Oqtay Abdullayev, Ağasəlim Mircavadov, Rüstəm Rəhimov, İsgəndər Cavadov, Maşallah Əhmədov, Vəli Qasımov, Dmitri Kramarenko, Rauf Əmirov, Asim Xudiyev, Novruz Əzimov, Şahin Diniyev, Musa Qurbanov, Əbdülqəni Nurməmmədov, Mehman Allahverdiyev, Vidadi Rzayev, Təbriz Həsənov, Əsgər Abdullayev, Camal Əliyev, Yaşar Vahabzadə, Babək Alxasov, Arif Əsədov.Qeyd edək ki, Ağasəlim Mircavadovla Oqtay Abdullayev komandamızın məşqçilər korpusunda yer alacaq.
Nazim Süleymanov bu qarşılaşmanın bir hissəsində "Alaniya"nın, digər hissəsində isə Azərbaycan yığmasının heyətində yer alacaq.