Bu gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində V-ci turun ilk oyunu keçirilib.
Qaziler.az saytı qol.az-a istinadən bildirir ki, "G" qrupunda "Vodafone Park" stadionunda Türkiyənin "Beşiktaş" və Portuqaliyanın "Porto" klubları qarşılaşıblar.İlk hissənin 29-cu dəqiqəsində qonaqların müdafiəçisi Felipe hesabı açıb - 0:1. Bundan 12 dəqiqə sonra 41-ci dəqiqədə "Beşiktaş"ın yarımmüdafiəçisi Taliska hesabı bərabərləşdirib - 1:1. İkinci hissədə qapılara qol vurulmayıb. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
Beləliklə, Türkiyənin "Beşiktaş" klubu 11 xalla qrupdakı liderliyini və turnirin 1/8 finalında iştirakını vaxtından əvvəl təmin edib.
Bir azdan, 23:45-də "Monako" və "RB Leypsiq" klublarının iştirakı ilə qrupun digər matçı keçiriləcək. Bu oyunda “Leypsiq” xal itirsə, “Porto” da xoşbəxtlər sırasına qoşulacaq.