Sevil Əliyevanın oğlundan inanılmaz hərəkət

Sevil Əliyevanın oğlundan inanılmaz hərəkət backend

Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyevin yeni videosu yayılıb.

Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti olan Azər 180 kq çəki ilə məşq edib.

GoldNews.az xəbər verir ki, o, 180 kilonu kürəyinə qoyaraq oturub qalxma hərəkəti edib.

Qeyd edək ki, 2 iyul 2011-ci ildə Çexiyanın paytaxtı Praqada paurliftinqin WPC versiyası üzrə gənclər arasında 100 kq-da yarışan Azər Əliyev 3 hərəkətin cəmində 600 kq ağırlığın öhdəsindən gəlib və 5-ci yeri tutub.

23 noyabr 2011-ci ildə Latviyanın paytaxtı Riqada paurliftinqin WPC versiyası üzrə dünya çempionatında yarışan idmançımız fəxri kürsüyə yaxın olub. Azər Əliyev 100 kq-da ləvazimatsız 610 kq qaldıraraq 4-cü yeri qazanıb.

2014-cü ildə isə Azər Əliyev Açıq Avrasiya Kuboku yarışında 250 kq-lıq nəticə ilə gümüş medala sahib olub.

Diaspora