“Qarabağ” klubunun əvəzedici komandasının müdafiəçisi Elgün Uluxanov komandanı tərk edərək Rusiyaya gedib.
Publika.az xəbər verir ki, buna səbəb gənc futbolçunun oynadığı əvəzedici komandada meydana çıxmaması olub.Futbolçu komandanın baş məşqçisi Aftandil Hacıyevin ona şans verməməsindən hiddətlənərək heç kimə xəbərdarlıq etmədən düşərgədən ayrılıb.
Qeyd edək ki, müdafiəçi artıq iki həftədir ki, ölkəni tərk edib.
Hadisədən xəbər tutan baş məşqçi Qurban Qurbanov qəzəblənərək E.Uluxanovu bağışlamayacağını deyib.