Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyununa bütün biletlər satılıb.
Bu barədə Qol.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. O bildirib ki, sözügedən matçda stadionun tam dolacağı gözlənilir.N.İbrahimov onu da qeyd edib ki, "Çelsi"dən isə əvvəlcədən gözlənildiyi üçün 2500 deyil, 1500 azarkeş gələcəyi gözlənilir.
Qeyd edək ki, noyabrın 22-i Bakı Olimpiya stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasında Londondakı ilk matçda Ağdam klubu 0:6 hesabı ilə uduzub.