Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” qrup mərhələsinin növbəti matçında “Çelsi”ni qəbul edəcək.
Qaziler.az Yenicag.az-a istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanın biletləri demək olar ki, tükənib.
Klubdan əldə etdiyimiz məlumata görə, noyabrın 22-də baş tutacaq oyunun satışa çıxarılmış biletlərindən cəmi 3500-ü qalıb. Bunun da günün sonuna qədər satılacağı ehtimal olunur.
Qeyd edək ki, Bakı Olimpiya Stadionu 69 870 azarkeş tutumuna malikdir.