Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunlarına start verilib. Trend-in məlumatına görə, ilk oyun günündə "Yuventus" doğma meydanda "Real"ı qəbul edib.
Hesabı meydan sahibləri açıblar - 9-cu dəqiqədə Morata fərqlənib. Madridlilərin cavabı özünü çox gözlətməyib - 27-ci dəqiqədə Ronaldo hesaba tarazlıq gətirib.58-ci dəqiqədə Tevez penalti zərbəsindən dəqiq yararlanmaqla turinliləri yenidən önə keçirib. Bu, gərgin və maraqlı keçən oyunda sonuncu qol olub - 2:1.
Qeyd edək ki, yarımfinalın digər oyunu "Barselona" və "Bavariya" klubları arasında keçiriləcək.