Yeni mövsümə hazırlıqlara start verən "Qəbələ" klubu ilk transferini həyata keçirib. "Simurq"dan ayrılan yarımmüdafiəçi Samir Zərgərovla bu gün rəsmi müqavilə imzalanıb.
Bu barədə Qol.Az-a 29 yaşlı futbolçu özü məlumat verib.Onunla bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, bir vaxtlar "Qəbələ"nin şərəfini qoruyan Samir Zərgərov ötən il "İnter"dən "Simurq"a trasnfer olunmuşdu.