"Azərbaycan evdə oynayacağı üçün daha inamlı çıxış edəcək. Ancaq biz İrlandiyadan geri qalmamaq üçün mütləq iki qələbə qazanmalıyıq. Əgər oyun planımızı həyata keçirə bilsək, qalib gələcəyik".
Qol.az-ın məlumatına görə, bu sözləri Almaniyanın U-21 millisinin baş məşqçisi Ştefan Kunt Avro-2019-un seçmə mərhələsində yığmamızla oyun öncəsi "Kicker"ə deyib.O, komandadakı zədəli futbolçuların çoxluğundan gileylənib. Bildirib ki, 5 aparıcı futbolçudan 4-nün oynamaması komandaya çətinlik yaradacaq.
Qeyd edək ki, Almaniya millisində Jonatan Tah, Benyamin Henriks, Feliks Platte zədəli, Feliks Uduokay, Dennnis Qayqer isə xəstədir.
Əlavə edək ki, Azərbaycan - Almaniya görüşü bu gün saat 18:00-da başlayacaq.