Mayın 8-dən 10-dək “Sərhədçi” İdman Olimpiya Mərkəzində cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.
Publika.az xəbər verir ki, yarışda 50 ölkədən 383 cüdoçu birincilik uğrunda mübarizə aparacaq. Bunlardan 228-i kişi, 155-i isə qadın cüdoçudur.Azərbaycan millisinin mötəbər turnir üçün heyəti açıqlanıb. Kişilərin yarışında ölkəmizi Orxan Səfərov, İlqar Müşkiyev, Davud Məmmədov (hər üçü 60 kq), Nicat Şıxəlizadə, Tərlan Kərimov, Hidayət Heydərov, Rəşad Rufullayev (hamısı 66 kq), Rüstəm Orucov, Hüseyn Rəhimli, Vüqar Bayramov, Elvin Əhmədli (hamısı 73 kq), Rüstəm Alimli, Abdulhaqq Rəsullu, Ziya Namazov, Afiq Səfərli (hamısı 81 kq), Ramin Qurbanov, Tural Safquliyev, Firudin Dadaşov, Hikmət Cəbiyev (hamısı 90 kq), Elmar Qasımov, Elxan Məmmədov, Cəlil Şükürov (hər üçü 100 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) təmsil edəcək.
Qadınların yarışında isə tatami üzərinə Aişə Qurbanlı, Leyla Əliyeva, Şəhla Babayeva (hər üçü 48 kq), Səkinə Zairova (52 kq), Kifayət Qasımova (57 kq), Xanım Hüseynova, Nuriyyə Axundova, Gülsədəf Kərimova (hər üçü 63 kq), Nərgiz İbrahimova, Validə Mirzəzadə (hər ikisi 70 kq), Leyla İsgəndərli və Günel Həsənli (hər ikisi 78 kq) çıxacaqlar.