Azərbaycanın kişilərdən ibarət şahmat yığması Avropa çempionu adını qazandı!
Qaziler.az Virtualaz.org-a istinadən xəbər verir ki, Yunanıstanın Krit adasında bu gün başa çatan turnirdə Azərbaycan və Rusiya komandaları hərəyə 14 xal toplayıblar. Lakin əlavə göstəricilərə görə milli komandamız daha güclüdür.
Bundan əvvəl Azərbaycan millisi 2009 və 2013-cü illərdə Avropa çempionu adını qazanıb.