Azərbaycan şahmatçıları Avropa çempionatında birinci pilləyə yüksəliblər

Azərbaycan şahmatçıları Avropa çempionatında birinci pilləyə yüksəliblər backend

Azərbaycanın kişilərdən ibarət yığma komandası Yunanıstanda keçirilən şahmat üzrə Avropa çempionatında mübarizəni davam etdirir.


Qaziler.az “Report”-a istinadən xəbər verir ki, Azərbaycan şahmatçıları VIII turda turnir cədvəlinin birinci pilləsində qərarlaşan Rusiya millisi ilə qarşılaşıblar.

Görüşün birinci lövhəsində Şəhriyar Məmmədyarov Aleksandr Qrişuku, ikinci lövhədə isə Teymur Rəcəbov Yan Nepomnyaşnını 1:0 hesabı ilə məğlub edib. Şəhriyar qara, Rəcəbov isə ağ fiqurlarla oynayıb.

Üçüncü lövhədə Arkadi Naydiç Maksim Matlakovla münasibətlərinə aydınlıq gətirib. Görüş şahmatçımızın 0:1 hesablı məğlub olub.

Sonuncu – dördüncü lövhədə Rauf Məmmədov və Danil Dubovun görüşü də Azərbaycan qrossmeysterinin xeyrinə başa çatıb.

Beləliklə Rusiyaya 3:1 hesabı ilə qalib gələn Azərbaycan yığması xallarının sayınl 13-ə çatdıraraq liderliyə yüksəlib.

Rusiya isə 12 xal ilə ikinci pilləyə düşüb.
Diaspora