"Atletiko" ilə oyunlar bir tərəfə, hələ də Çempionlar Liqasının qrup mərhələsində çıxış etdiyimizə inana bilmirəm. Yuxudan oyanıb, gözlərimi ovuşdururam. Bilmirəm bu reallıqdır, yoxsa yox”.
Qol.az-ın sportarena.hr-a istiandən yaydığı xəbərə görə, bu sözləri “Qarabağ”ın qapıçısı İbrahim Şehiç deyib.O bildirib ki, “Atletiko” ilə heç-heçə etməklə dünyanın ən yaxşı komandalarına qarşı oynaya biləcəyini göstərdilər: “Nə qədər irəli gedəcəyimizi bilmirik. Heç kim gözləməsə də, 3 matçı yüksək səviyyədə keçirdik. “Roma”nın “Çelsi” ilə iki qarşılaşmada nələr etdiyini görəndən sonra italiyalılara 1:2 hesablı məğlubiyyətin əla nəticə olduğunu anlayırıq”.
İ.Şehiçin sözlərinə görə Avropa Liqasına vəsiqə verən 3-cü yer uğrunda mübarizə aparacaq: “Bütün tanınmış futbolçuları hər gün izləyirik, Antuan Qrizmann və ya Fernando Torresin kim olduğunu bilirik. Onlarda sirr yoxdur. Hər oyundan əvvəl rəqibləri analiz edirik, ən xırda detallara fikir veririk. Komandamızda bolqar və ispan mütəxəssis var. Onlar baş məşqçiyə kömək edirlər. Meydana yaxşı kollektiv olduğumuzu dərk edərək çıxdıq. Artıq özümüzə tam əminik. Biz Avropa Liqasına vəsiqə verən 3-cü yer uğrunda mübarizə aparacaq”.