“Bavariya”nın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinal mərhələsinin “Barselona” ilə ilk oyunu öncəsi mətbuat konfransı keçirib.
Qol.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis sabiq komandası ilə bu gün keçiriləcək oyun haqda sualları cavablandırarkən ilk olaraq Lionel Messinin çıxışına toxunub:“Messini dayandıracaq müdafiə xətti yoxdur. Onu dayandıraq mümkün deyil. Son aylardakı oyunları bunu sübut edir. Ona yaxın oynayıb, topa sahib olmağına imkan verməmək lazımdır. Ancaq bu bacarağa malik müdafiəçi yoxdur”.
Sabiq komandasına qarşı ilk oyununa çıxan Qvardiola bu görüşün onun üçün xüsusi əhəmiyyət daşıdığını deyib:
“Bu, mınim üçün sıradan bir oyun deyil. “Barselona”ya olan sevgim qol vurduqdan sonra sevinib-sevinməyəccəyimlə ölçülməməlidir. İnsanın evinə dönməsi mükəmməl bir hissdir. Ancaq hazırda “Bavariya”nı çalışdırıram. İspaniyaya anılmaq üçün yox, komandamı finala aparmaq üçün gəlmişəm”.