Gənclərdən ibarət seçmə komandanın üzvləri Fidan Teymurova (-48 kq) və Hümmət Baxşəliyev (-61 kq) dünya çempionatının finalına yüksəliblər.
Modern.az-ın məlumatına görə, İspaniyanın Tenerife şəhərində yarışın finalınadək son dünya ikincisi F.Teymurova dörd rəqibini, avropa və dünya üçüncüsü H.Baxşəliyev isə beş idmançını məğlub edib.Final görüşləri ayın 27-də keçiriləcək.
Tatamiyə çıxan digər idmançımız, Avropa üçüncüsü Müseyib Məmmədov (-55 kq) ikinci görüşdə uduzaraq mübarizəni dayandırmalı olub.
Qarşıdakı 3 gün daha 8 karateçimiz medallar uğrunda yarışacaq. Dünya çempionatında 109 ölkədən 1710 idmançı iştirak edir.