Bu gün Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.
Virtualaz.org bildirir ki, turun son oyununda çempionluğa iddialı iki komanda - "Qəbələ" ilə "Qarabağ" üz-üzə gəlib. Görüşdə meydan sahibləri qələbə qazanıblar. Asif Məmmədovun 8-ci dəqiqədə vurduğu qol matçda yeganə olub.Matçboyu hücumlarına ara verməyən "Qarabağ" çox cəhd etsə də, bərabərlik qolunu vura bilməyib.
Roman Qriqorçukun komandası “Zirə”nin də uduzmasından yararlanaraq 3 xal qazanıb və ikinci pilləyə yüksəlib.
Amma oyun təkcə bununla yadda qalmayıb. Matçda azarkeşlər arasında sözlü mübahisə yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, 8-ci dəəqiqədə “Qəbələ”nin hesabı açmasından sonra meydan sahiblərinin azarkeşləri rəqib fanatlara qarşı təhqiredici jestlər göstəriblər.
Buna əsəbiləşən “Qarabağ” fanatları söyüşü şüarlar səsləndiriblər.
Polisin müdaxiləsindən sonra bir qəbələli azarkeş stadiondan çıxarılıb.