İspan nəşri “Qarabağ“la bağlı “erməni səhvi”ni düzəltdi

İspan nəşri “Qarabağ“la bağlı “erməni səhvi”ni düzəltdi backend

İspaniyanın məşhur idman nəşri Mundo Deportivo "Qarabağ"la bağlı səhvini düzəldib.

Virtualaz.org xatırladır ki, nəşr "Atletiko"nun futbolçusu Yannik Karraskos haqda dərc etdiyi yazıda Azərbaycan futbolunun Çempionlar Liqasındakı təmsilçisi "Qarabağ"ı "erməni klubu" adlandırmışdı.

""Çolo"nun uşaqları ("Atletiko"nun baş məşqçisi Dieqo Simeonun ləqəbi – virtualaz.org) erməni "Qarabağ”ına qarşı oynadı - rəqib, hansı ki, kağız üzərində tamamilə keçilən görünürdü. Ancaq "Atletiko" qol vura bilmədi, Avropada ikinci dəfə heç-heçə oynadı və bununla da öz pərəstişkarlarını hirsləndirdi", - deyə Mundo Deportivo yazmışdı.

Azərbaycandan çoxsaylı şikayətlərdən sonra nəşr "erməni" sözünü mətndən çıxarıb və səhvini düzəldib.
Diaspora