“Qarabağ“dan sensasiya - 10 nəfərlə “Atletiko“dan xal aldı

“Qarabağ“dan sensasiya - 10 nəfərlə “Atletiko“dan xal aldı backend

Bu gün "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Ağdam klubu üçüncü turda "Atletiko"nu qəbul edib. "Qarabağ" ilk dəfə İspaniya klubu ilə üz-üzə gəlib.

90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Son 15 dəqiqəni çempionumuz azlıqda keçirsə də, qapısının toxunulmazlığını qoruya bilib - 0:0. Bununla da "Qarabağ" ilk dəfə ÇL-in qrupunda xal qazanıb.
Qeyd edək ki, Qurban Qurbanovun komandası İngiltərədə keçirdiyi ilk matçda "Çelsi”yə 0:6, Bakıda isə İtaliya təmsilçisi "Roma”ya 1:2 hesabı ilə uduzub.
Qrupun digər görüşündə "Roma" "Çelsi"nin qonağı olacaq.


18 oktyabr
Çempionlar Liqasının qrup mərhələsi, 3-cü tur

"Qarabağ" - "Atletiko" - 0:0
Qırmızı vərəqə: Ndlovu, 75
22:45. "Çelsi" - "Roma"
Diaspora