Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda “Qarabağ” - "Atletiko" (Madrid) matçının hakimləri müəyyənləşib.
Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, oyunu Fransa Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək.UEFA-nın qərarına əsasən, Ruddi Buke baş hakim, Qiyom Debar, Frederik Kano yan xətt hakim təyin olunublar. Amori Delryu və Fransua Letesye əlavə yardımçı hakim funksiyanı yerinə yetirəcək. Dördüncü hakim Bertran Xuannu olacaq.
Qeyd edək ki, “Qarabağ” - "Atletiko" oyunu oktyabrın 18-i saat 20:00-da başlayacaq