Fransanın şəhərsalma, gənclər və idman naziri Patrik Kanne I Avropa oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gələcək.
Qol.Az-ın "Report" agentliyinə istinadən yaydığı xəbərə görə, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye bildirib.O qeyd edib ki, Bakıda keçiriləcək I Avropa oyunlarında 400-ə yaxın fransız idmançısının iştirak edəcəyi planlaşdırılır. Fransalı idmançılar əksər idman növlərində təmsil olunacaq.
Xatırladaq ki, "Bakı-2015" I Avropa oyunları iyunun 12-dən 28-dək Azərbaycanda keçiriləcək. Oyunlarda 49 ölkədən 6000-ə yaxın idmançı iştirak edəcək və 20 idman növündə mübarizə aparacaq. Yarışlar Bakıda və Mingəçevirdə keçiriləcək.