Millimizin qapıçısı “Qəbələ“də

Millimizin qapıçısı “Qəbələ“də backend

"Qəbələ" klubu artıq yeni mövsüm üçün transfer çalışmalarına başlayıb.

Qol.Az-ın məlumatına görə, baş məşqçi Roman Qriqorçuk "Sumqayıt"ın qapısını qoruyan həmyerlisi Andrey Popoviçi komandasında görmək istəyir.

Millimizin üzvü artıq "Qəbələ" ilə razılığa gəlib. Onunla yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir.

"Qəbələ"nin baş meneceri Zaur Əzizov Qol.Az-a açıqlamasında qeyd edib ki, ukraynalı qapıçı baş məşqçi Roman Qriqorçukun transfer planında ilk yeri tutur: "Ancaq hələ ki, onun keçidi tam həll olunmayıb. Transfer rəsmiləşəndən sonra ətraflı məlumat veriləcək".
Diaspora