"Çətin oyun olacaq. Hər iki komanda qalib gəlməyə çallışacaq. Əgər çempion olmaq istəyiriksə, ən güclü komandaları məğlub etməliyik. Bu matçın favoriti yoxdur. Ən az səhv edən qalib gələcək".
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri "Yuventus"un futbolçusu Karlos Teves "Real"a qarşı Çempionlar Liqasının yarımfinalında keçiriləcək matç öncəsi deyib.Argentinalı hücumçu ÇL-in kubokunu qazanmaq istədiklərini söyləyib:
"İtaliya A seriyasında çempion olmaq istəyirdik və bunu bacardıq. İndi ÇL-in kubokunu qazanacağımıza ümid edirik"".
K.Teves sabiq komanda yoldaşı Kriştiano Ronaldo haqda da danışıb:
"Ronaldo ilə oyun öncəsi danışmamışam. O, mənim rəqibimdir. Ronaldo ilə "Mançester Yunayted"də uğurlar qazanmışıq. Ancaq indi o, "Real", mən isə "Yuventus" üçün oynayıram. Ümid edirəm ki, ən yaxşı olan qalib gələr".
Qeyd edək ki, "Yuventus" - "Real" oyunu bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.