La Liqanın 7-ci turunun bu günə nəzərdə tutulan “Barselona” – “Las Palmas” oyunun təxirə salınması ilə bağlı meydan sahibi klubunun müraciəti rədd edilib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu gün səhərdən başlayaraq polis Kataloniyada qanunsuz referendumun keçirilməsini dağıdıb, nəticədə 300-dən çox insan xəsarət alıb. Bu səbəbdən “Barselona” La Liqa rəhbərliyinə müraciət edərək oyunun təxirə salınmasını istəyib. Amma buna mənfi cavab verilib.Klubun rəsmi Tvitter səhifəsi oyunun keçiriləcəyini, lakin azarkeşlərin stadiona buraxılmasına icazə verilmədiyini açıqlayıb.
Xatıradaq ki, “Barselona” – “Las Palmas” oyunu Bakı vaxtı ilə saat 18.15-də başlanıb.
Əlavə edək ki, qanunsuz referendumda iştirak edib Kataloniyanın müstəqilliyinə səs verənlər arasında sabiq və indiki “Barselona”lılar – Pep Qvardiola, Jerar Pike, Karles Puyol və Xavi də olub.