“Sonuncu yer Gəncə futboluna yaraşmır” – Şahin Diniyev

“Sonuncu yer Gəncə futboluna yaraşmır” – Şahin Diniyev backend

“Sonuncu yer Gəncə futboluna yaraşmır” – Şahin Diniyev “Maraqlı oyun oldu. Rəqibin gücünə bələd idik. “Qəbələ”nin heyətində olan futbolçular matçın taleyini təkbaşına həll edəcək gücdədirlər. Ona görə də çox ehtiyatlı oynamağa çalışdıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına açıqlamasında deyib.

Topaz Premyer Liqanın 7-ci turunda səfərdə “Qəbələ”yə qalib gəldikləri oyun (2:0) haqda fikirlərini bildirən baş məşqçi oyunu əks-hücumlar üzərində qurduqlarını bildirib: “Bu da bizdə alındı. Oyunda ritm vardı və bu ritmi də tuta bildik. Uşaqlara təşəkkür edirəm. Çox xallar itirmişik, bundan sonra çalışacağıq ki, uğurlu çıxış edək".

Şahin Diniyev ona güvəndiyi üçün klub rəhbərliyininə təşəkkür edib: "Sonuncu yer Gəncə futboluna yaraşmır. Klub rəhbərliyinə və azarkeşlərə minnətdaram ki, həm mənim, həm də komandanın arxasında durdular. Biz də onların inamını, etimadını doğrultmağa çalışdıq. “Qəbələ”yə də oyuna görə təşəkkür edirəm, bu gün biz imkanlardan istifadə edib qələbə qazandıq. Taktiki cəhətdən düzgün oynadıq”.
Diaspora