"Manchester United" futbol komandasının baş məşqçisi Joze Mourinyo "vergi fırıldaqçılığı" ilə bağlı Madrid şəhər məhkəməsinə çağırılıb.
APA-nın “Sky Sports”-a istinadən verdiyi xəbərə görə, portuqaliyalı mütəxəssis noyabrın 3-də məhkəmədə ifadə verməlidir.İyunda İspaniya prokurorluğu Mourinyonu vergidən yayınmaqda ittiham edib. Məlumata görə, portuqaliyalı məşqçi 2011 və 2012-ci illər ərzində 3.3 milyon avro vergidən yayınıb. Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə Madrid “Real”ının baş məşqçisi olub.