Azərbaycan Premyer Liqasının 32-ci turunda 14 qol vurulub. Bütün komandaların qol sevinci yaşadığı turun orta məhsuldarlığı 3,50-yə bərabər olub. Bu isə mövsümün 2-ci yarısı üçün rekord göstəricidir.
QAZİLER.AZ saytı Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, 2015-ci ildə keçirilən əvvəlki 13 turda ən yüksək göstərici 26-cı tura təsadüf etmişdi. 13 qolun vurulduğu turda məhsuldarlıq 3,25-ə bərabər olmuşdu.Qeyd edək ki, mövsümün rekordu 12-ci turda qeydə alınıb. 17 qolun vurulduğu turun orta məhsuldarlığı 4,25 olub.