QAZİLER.AZ saytı QOL.AZ-a istinadən xəbər verir ki, "Roma"nın yarımmüdafiəçisi Stefan El-Şaaravi Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Çətin qələbə qazandınız. Bunu gözləyirdiniz?
- Asan qələbə qazanacağımızı gözləmirdik də. Oyuna ciddi yanaşırdıq. İlk hissədə vurduğumuz 2 qol bizi zəfərə apardı. Düzdür, "Qarabağ" öz oyunu ilə bizi ikinci hissədə sarsıtdı. Amma buna baxmayaraq, biz vacib olan 3 xalı əldə etdik.
- "Qarabağ" Seriya A təmsilçiləri olan "Benevento" və "Verona"dan fərqlənir?
- Azarkeşlərin atmosferi möhtəşəm idi. Çempionlar Liqasında zəif komanda olmur. Düzdür, çempionatda da asan oyunlarımız olmur. Bunu söyləmək bizə asan gələ bilər. Biz faktiki çox əziyyət çəkdik və qalib gəldik.
- Eysebio Di Françeskonun rəhbərliyi altında oynamaq necədir?
- Çox çalışmaq lazımdır. Biz inamla irəli gedirik. Artıq ardıcıl 4-cü qalibiyyətimizi qazandıq.
- Həftəsonu "Milan"la matç barədə nə düşünürsünüz?
- "Milan" çempionatda 2 oyunda artıq uduzub. Bizimlə görüşdə qələbəni hədəfləyəcəklər. Asan olmayacaq. Bu matça ən yaxşı şəkildə hazırlaşacağıq.