Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna yekun vurulacaq.
Qol.az-ın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.Qurban Qurbanovun komandası İtaliyanın “Roma” klubunu qəbul edib və 1:2 hesabı ilə uduzub. Bu görüş Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsinin ölkəmizdə keçirilən ilk oyunu kimi əlamətdar olub. Ağdam təmsilçisi sözügedən qarşılaşmada həmçinin ÇL-in qrup mərhələsində ilk qolunu vurub. Pedro Enrike 29-cu dəqiqədə tarixi qolun müəllifi olub.
Qeyd edək ki, qrupun digər oyununda “Atletiko” “Çelsi”ni qəbul edəcək.
27 sentyabr
Çempionlar Liqası
Qrup mərhələsi, 2-ci tur
C qrupu
20:00. “Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya) - 1:2
Qollar: Kostas Manolas, 7 (0:1), Edin Ceko, 15 (0:2), Pedro Enrike, 29 (1:2)
Baş hakim: Artur Dias
Baş hakimin köməkçiləri: Rui Tavares, Paulo Soares
Əlavə hakim köməkçiləri: Tiaqo Martins, Joao Pineyro
Dördüncü hakim: Bruno Rodriqes (hamısı Portuqaliya)
Bakı Olimpiya Stadionu