“Dedi “ağzını bağla“ və mənə yumruq vurdu“ - Ruslan Qurbanov

“Dedi “ağzını bağla“ və mənə yumruq vurdu“ - Ruslan Qurbanov backend

"Qəbələ"nin futbolçusu Ruslan Qurbanov Topaz Premyer Liqanın 6-cı turunda "Neftçi" ilə oyundan (2:1) sonra komanda yoldaşı Stiven Jozef-Monrozla yaşadığı insidentdən danışıb.

Qol.az-ın məlumatına görə, millimizin yarımmüdafiəçisi fransalı hücumçunun klounluq etdiyini bildirib: "Əsəbi hallar olur. Meydana daxil olarkən, Jozef-Monrozdan xahiş etdim ki, mənə ötürmə versin. Baş məşqçiyə fərqlənməyə qadir olduğumu sübut etdirmək istəyirdim. Əvəzində o, mənə ingiliscə, "Ağzını bağla" cavabını verdi. Oyun başa çatdıqdan sonra Jozef-Monroza yaxınlaşıb "Burda tək oynamırsan, kloun səhnəsi qurmaq lazım deyil. Driblinq etmək yox, cərimə meydançasına ötürmə vermək lazımdır" dedim. Əvəzində o, sifətimə zərbə vurdu. Araya girən komanda yoldaşlarımız bizi araladılar".

26 yaşlı oyunçu matçdan sonra baş məşqçi Roman Qriqorçukun ona heç nə demədiyini də əlavə edib: "Qriqorçuk bizə heç nə demədi. Paltardəyişmə otağından əşyalarımı götürdüm və çıxdım. Əsəbi halda otağı tərk etdiyim üçün baş məşqçinin Monroza nəsə deyib-demədiyini görmədim".
Diaspora