Ukraynanın "Volın" klubundan ayrılan Dmitri Nemçaninov karyerasını Azərbaycanda davam etdirə bilər.
Qol.Az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə 25 yaşlı futbolçunun özü məlumat verib."Azərbaycan və Qazaxıstandan təkliflər almamışam. Lakin müəyyən şərtlər altında hər iki ölkənin klublarından gələcək təklifləri dəyərləndirə bilərəm. Hazırda mənim üçün prioritet məsələ karyeramı Ukrayna Premyer Liqasında davam etdirməkdir".
Qeyd edək ki, sol cinah müdafiəçisi olan Nemçaninov "Volın"ın heyətində keçirdiyi 25 oyunda 1 qol vurub.