"Bavariya"nın futbolçusu Robert Levandovskinin Çempionlar Liqasının yarımfinalında "Barselona" ilə keçiriləcək ilk oyunda iştirak edib-etməyəcəyi hələ də dəqiqləşməyib.
Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Münhen klubunun idman direktoru Mattias Sammer məlumat verib.O, bildirib ki, polşalı hücumçunun sözügedən qarşılaşmada oynayıb-oynamayacağına həkimlər və Levandovskinin özü qərar verəcək:
"Yalnız onu deyə bilərik ki, bizim üçün sağlamlıq hər şeydən önəmlidir. Həkimlər icazə versə belə, onun "Barsa"ya qarşı oynayacağı dəqiq deyil. Əgər həmin görüşdə oynamaq onun üçün təhlükəli olarsa, meydana çıxmağını istəməyəcəyik".
Qeyd edək ki, mayın 6-da keçiriləcək "Barselona" - "Bavariya" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.