Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində keçiriləcək “Sumqayıt” – “Qarabağ” oyununun yeri dəyişdirilib.
Qaziler.az “Report”-a istinadən xəbər verir ki, sentyabrın 22-də baş tutacaq matç “Kapital Bank Arena”da deyil, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Görüş isə elə saat 19:00-da start götürəcək.Dəyişikliyə səbəb sentyabrın 27-də Çempionlar Liqasının II turunda “Roma”nı qəbul edəcək “Qarabağ” futbolçularının Sumqayıtdakı süni örtüklü meydançada mümkün zədələrdən yayınmalarıdır. Bakı Olimpiya Stadionu da Respublika stadionu kimi təbii örtüklüdür.
Qeyd edək ki, VI turda meydan sahibi “Qarabağ” klubu, hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi isə “Sumqayıt” klubu olacaq.