“Çelsi“ İngiltərə çempionu oldu

“Çelsi“ İngiltərə çempionu oldu backend

“Çelsi” İngiltərə Premyer Liqasının 35-ci turunda “Kristal Pelas” üzərində qələbə qazanaraq sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, bu, “mavilər”in tarixindəki ümumilikdə 5-ci belə uğurudur.

Daha əvvəl 1954/55, 2004/05, 2005/06 və 2009/10-cu il mövsümlərində ən yaxşı olmağı bacaran londonlular son çempionluq da daxil olmaqla üç dəfə fəxri kürsünün ən yüksək pilləsinə portuqaliyalı Joze Mourinyonun rəhbərliyi ilə çıxıbılar.

Bu çempionluq isə Mourinyonun “Çelsi”də qazandığı 8-ci titul oldu. Bunlar 3 dəfə İngiltərə Çempionluğu (2004/05, 2005/06 və 2014/15), 3 dəfə İngiltərə Liqa Kuboku (2005, 2007, 2015), İngiltərə Kuboku (2007) və İngiltərə Super Kubokudur (2005).

Ümumilikdə isə portuqaliyalı baş məşqçi cari çempionluğu da qazanmaqla şəxsi karyerasında müxtəlif turnirlərdə 22-ci dəfə qələbə qazandı. O, “Portu” ilə 6, “Çelsi” ilə 8, “İnter”lə 5, “Real Madrid”lə isə 3 dəfə titul qazana bilib.
Diaspora