Bu gün "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununa çıxıb.
Qaziler.az bildirir ki, Qol.az-ın məlumatına görə, Rəşad Sadıqovun komandası səfərdə "Çelsi"dəki həmyaşıdları ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.Qeyd edək ki, matçda ilk hissə 0:0 hesabı ilə yekunlaşıb. 49-cu dəqiqədə "Qarabağ"dan İbrarim Qədirzadə qırmızı vərəqə alıb. Bundan sonra isə komanda düz 5 cavabsız qol buraxıb.
Beləliklə, Ağdam klubunun U-19 komandası Gənclər Liqasına acınacaqlı məğlubiyyət başlayıb.
12 sentyabr
UEFA Gənclər Liqası
16:05. "Çelsi” (İngiltərə) – "Qarabağ” (Azərbaycan) - 5:0
Qollar: Hudson Odoi, 54,Makkormik, 63, 71, 74, Braun, 80
Qırmızı vərəqə: İbrarim Qədirzadə, 49 ("Qarabağ")
"Çelsi” klubunun təlim-məşq mərkəzinin stadionu
Hakimlər:Robert Hennessi, Darraq Kiqan, Darren Keri,