Azərbaycan milli komandasının qadın karateçisi İrina Zaretska 2017-ci ilinin "Grand Winners" mükafatına layiq görülüb.
Qaziler.az “Report”-a istinadən xəbər verir ki, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan ukraynalı legioner mükafatını Almaniyanın Leyptsiq şəhərində keçirilən Premyer Liqa turnirində alıb.
Qeyd edək ki, Dünya Karate Federasiyasının təsis etdiyi mükafat ən nüfuzlu turnir sayılan Karate 1 Premyer Liqasında ilboyu hər çəkidə ən yüksək nəticə göstərən idmançılara verilir. 68 kq çəki dərəcəsində mübarizə aparan İrina Zaretska 2017-ci ildə 21 yaşadək gənclər arasında Avropa çempionu, Rotterdam və Dubayda Premyer Liqaların qalibi olmaqdan əlavə, Rabatdakı növbəti turnirdə bürünc medal uğrunda görüşə çıxıb.